“Salnaməfilm”
studiyasının yeni
ekran işləri
Mədəniyyət Nazirliyinin “Salnaməfilm” studiyasında
dövlət sifarişi
ilə istehsal olunan “Şəki sənətkarlıq paytaxtı”,
“Köç” sənədli
filmlərinin, həmçinin
“Azərbaycanın Milli
Qəhrəmanları” silsiləsindən
Şükür Həmidov,
Mikayıl Cəbrayılov,
Səfiyar Behbudov, Viktor Seryogin və Ehtiram Əliyevə həsr olunan 5 sənədli film üzərində işlər
davam etdirilir.
Ssenari müəllifi və rejissoru Vüqar İslamzadə olan “Şəki sənətkarlıq
paytaxtı” qısametrajlı
sənədli filminin çəkilişləri tamamlanaraq
montaj mərhələsinə
buraxılıb, rejissor
Ayaz Salayevin “Köç” tammetrajlı
sənədli filminin çəkilişinə hazırlıq
işləri aparılıb.
Müdafiə Nazirliyinin
dəstəyi ilə rejissorlar Zamin Məmmədov, Vəli Səyyadi, Kəmalə
Musazadə, Cəmil Fərəcov və Cavid
İmamverdiyev tərəfindən çəkilən
Azərbaycanın Milli Qəhrəmanları
haqqında filmlər isə istehsalın müxtəlif mərhələsindədir.
Mədəniyyət.- 2018.- 26
sentyabr.- S.11.