Arxeoloji abidəyə qanunsuz
müdaxilə olunub
Yardımlı rayonu Arvana kəndi
ərazisində Sərək
yaşayış yerində
mövcud olan arxeoloji abidənin ərazisində qazıntı
işlərinin aparıldığı
aşkarlanıb.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin
Qorunması, İnkişafı və Bərpası üzrə
Dövlət Xidmətindən bildirilib ki, naməlum şəxslər tərəfindən
XII-XVI əsrlərə aid, ölkə əhəmiyyətli,
inventar nömrəsi 1213 olan
arxeoloji abidəyə qanunsuz
müdaxilə olunması ilə bağlı yerli
hüquq-mühafizə orqanlarına məlumat verilib. Müvafiq tədbirlərin
görülməsi üçün
araşdırma aparılır.
Mədəniyyət.- 2018.- 26
sentyabr.- S.12.