Regional idarənin növbəti müşavirəsi

 

 

 

Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin növbəti müşavirəsi keçirilib.

İdarənin rəisi Mehman Şükürov yeni tədris ilinin başlanması münasibətilə musiqi məktəblərinin müəllimlərini təbrik edib, həmçinin, Mədəniyyət Nazirliyinin təşkil etdiyi “Bölgələrdən bölgələrə” festivalında fəal iştirakına görə mədəniyyət işçilərinə təşəkkürünü bildirib. Müşavirədə mədəniyyət müəssisələrində ödənişli xidmətin təşkili, musiqi məktəblərində aparılan təmir işləri, eləcə də Sumqayıt şəhər Nizami kinoteatrının təmirə bağlanması və şəhər Mədəniyyət evinin köçürülməsi ilə bağlı danışılıb, müvafiq tapşırıqlar verilib. İdarə rəisi həmçinin, hesabat konsertlərinin yüksək səviyyədə keçirilməsinin, tədbirlərin mətbuatda işıqlandırılmasının vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən idarə rəisinin müavini İlham Əhmədov məsləhətçilər  arasında aparılan vəzifə bölgüləri və mədəniyyət işçilərinin işə davamiyyəti haqqında danışıb.

 

Mədəniyyət.- 2018.- 26 sentyabr.- S.12.