Oğuzda “Şəfa” bayramı
Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Oğuz rayonunda “Şəfa” bayramı keçirilib. Bayramda şimal-qərb bölgəsinin zəngin dərman bitkiləri nümayiş etdirilib.
Oğuz rayon Mədəniyyət mərkəzinin qarşısında təşkil edilən tədbirdə İcra Hakimiyyəti başçısının müavini Yusif Naxçıvanski və regional mədəniyyət idarəsinin baş məsləhətçisi – Oğuz rayonu üzrə nümayəndə Ulduz Baxışova çıxış edərək belə tədbirlərin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, əsrarəngiz təbiəti ilə seçilən Oğuz rayonu şəfaverici bitkiləri ilə zəngin bölgələrimizdəndir.
Sonra tədbir iştirakçıları Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının ərazisində bitən dərman otlarının, şəfaverici bitkilərin, müalicəvi mineral suların, həmçinin tərəvəz məhsullarının, ev şəraitində hazırlanmış mürəbbə və şirələrin nümayiş etdirildiyi sərgilərlə tanış olublar. Kəklikotu, itburnu, cökə çiçəyi, çaytikanı, yemişan, gülxətmi, dağ nanəsi, sumax və digər şəfaverici bitkilər, meyvə və giləmeyvələr tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
“Şəfa” bayramında bölgənin musiqi və rəqs kollektivləri konsert proqramı ilə çıxış
ediblər.
Mədəniyyət.- 2018.- 26
sentyabr.- S.12.