Milli Qəhrəmanın adı sənət
məkanında əbədiləşdirilib
Bakının
Xətai rayonunda Milli Qəhrəman Mübariz İbrahimovun
adını daşıyan İncəsənət Mərkəzinin
açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində “Mübariz olaq” adlı rəsm sərgisi də təşkil edilib.
Tədbiri layihənin rəhbəri Elnurə İsgəndərova açaraq qonaqlara yeni mərkəz barədə geniş məlumat verib.
Belə bir məkanın Milli Qəhrəmanın adını daşımasının qürurverici olduğunu söyləyən İncəsənət Mərkəzinin direktoru Namiq Əliyev bu işdə onlara dəstək verən hər kəsə minnətdarlığını bildirib.
Tədbirdə çıxış edənlər qəhrəmanımızın adını yaşatmaqla yanaşı, belə məkanların gənclərimizin vətənpərvər ruhda yetişməsində çox önəmli rol oynadığını bildiriblər.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Sərgidə təsviri sənətin bütün növləri üzrə peşəkar
və həvəskar 100-ə yaxın rəssamın 150-dən
çox əsəri nümayiş
edilib.
Mədəniyyət.- 2018.- 26
sentyabr.- S.14.