Ölkəmiz Lvovda mədəniyyət
forumunda təmsil olunub
Ukraynanın Lvov şəhərində etnik millətlərin mədəniyyət forumu keçirilib.
Forum şəhərin mərkəzinə doğru yürüşlə başlayıb. Tədbirdə təmsil olunan ölkələrin milli geyimləri, rəqsləri və musiqiləri təqdim olunub. Lvov Azərbaycanlıları Konqresi və Azərbaycanlı Gənclər Birliyi tərəfindən ölkəmizin qədim və zəngin mədəniyyəti nümayiş etdirilib.
Azərbaycanlı ifaçı Mehman Rüstəmov milli geyimli gənclərimizlə birlikdə bir-birindən rəngarəng musiqi nömrələrini şəhər ictimaiyyətinə çatdırıb. Azərbaycan təmsilçiləri çıxışlarına “Sarı gəlin”lə başlayıb.
Lvov qubernatoru
Oleq Snyutka bildirib ki, Azərbaycan ilə
Ukrayna arasında çox
sıx əməkdaşlıq əlaqələri var və bu dost ölkə Ukraynada mədəni
proseslərdə aktiv iştirak
edir. Qubernator Azərbaycan
nümayəndə heyətini diplomla təltif
edib.
Mədəniyyət.- 2018.- 26
sentyabr.- S.16.