Sarıbaş kəndinin rəngləri paytaxtda sərgilənir

 

 

Sentyabrın 27-də Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə paytaxtdakı “Qalereya 1969” salonunda “Sarıbaş” adlı sərginin açılış mərasimi keçirildi.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək sərgi barədə məlumat verdi. Bildirdi ki, sərgidə Qax rayonunun Sarıbaş kəndində yaradıcılıq ezamiyyətində olmuş rəssamlar Fərhad YalquzaqNazim Məmmədovun rəngkarlıq əsərləri nümayiş etdirilir: “Bu, yeni formatda təşkil olunan bir sərgidir. Sərginin təşkilində məqsəd tarixi ənənələri, təbiət gözəllikləri ilə maraq doğuran bu kəndin təbiətini əks etdirmək, incəsənət vasitəsilə insanlarda bu barədə təsəvvür oyatmaq, tamaşaçıların, turizm şirkətlərinin diqqətini bu diyara cəlb etməkdir”.

Qalib Qasımov qeyd etdi ki, rəssamlar ezamiyyətdə olduqları müddətdə Sarıbaş kəndinin mənzərələrini yüksək yaradıcılıq bacarıqları ilə kətan üzərinə köçürməyi bacarıblar.

Sonra Fərhad YalquzaqNazim Məmmədov ərsəyə gətirdikləri rəsm əsərləri haqqında fikirlərini bölüşdülər. Qeyd etdilər ki, ölkəmizin qədim tarixi və gözəl ənənələri ilə seçilən kəndlərindən biri haqqında əsərlər yaratmaq onlar üçün qürurvericidir.

Rəssamlar bu rəngkarlıq əsərlərinin ərsə gəlməsində onlara dəstək göstərən hər kəsə təşəkkür etdilər.

Sonra qonaqlar sərgi ilə yaxından tanış oldular.

Üç gün davam edəcək sərgidə nümayiş olunan əsərlər ölkəmizin digər şəhər və rayonlarında da sənətsevərlərə təqdim olunacaq. Sərgidə Sarıbaş kəndinin təbiət mənzərələrini, yaşayış yerlərini əks etdirən “Sarıbaş məscidi”, “ darvaza”, “Mavi gün”, “Arı yeşikləri” – ümumilikdə 40-dək rəsm nümayiş olunur.

 

FARİZ

 

Mədəniyyət.- 2018.- 28 sentyabr.- S.2.