Kitabxana sisteminin inkişafında innovativ yeniliklərin tətbiqi zəruridir
Azərbaycan Milli Kitabxanasının
95 illiyinə həsr edilmiş elmi-praktik konfrans
Sentyabrın 27-də M.F.Axundzadə adına Azərbaycan
Milli Kitabxanasının
95 illiyinə həsr edilmiş “Milli kitabxanalarda innovasiyalar – dəyişikliklərin əsası
və inkişafın
istiqaməti kimi” mövzusunda beynəlxalq elmi-praktik konfransın açılışı keçirildi.
Konfransı giriş nitqi ilə açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov tədbirin əhəmiyyətindən,
kitabxananın keçdiyi
inkişaf yolundan söz açdı. Prezident İlham Əliyevin Milli Kitabxanaya göstərdiyi qayğıdan
danışan direktor kollektiv adından ölkə başçısına
təşəkkür etdi.
Bildirildi
ki, kitabxananın 95 illik yubileyinə 13 ölkədən nümayəndələr
təşrif buyurub.
Müasir
çağırışlara cavab verən kitabxana öz gələcəyini təmin
edir
Konfrans iştirakçılarını salamlayan mədəniyyət
naziri Əbülfəs
Qarayev qeyd etdi ki, Milli
Kitabxanada reallaşan tədbirlər hər zaman ictimaiyyətdə müsbət əks-səda
doğurur: “Bu gün isə kitabın böyük qüdrətinin
bir daha şahidi oluruq. Milli Kitabxana müxtəlif qitələrin nümayəndələrini
Bakıda bir araya gətirib. İnanıram ki, bu səfər tərəflər
üçün müsbət
nəticələr əldə
etməyə səbəb
olacaq. Həmçinin Bakının gəzməli-görməli
yerləri, mədəniyyət
abidələri ilə
yaxından tanış
olmaq imkanı qazanacaqsınız”.
Konfransın mövzusuna diqqət
çəkən nazir
dedi ki, bu gün kitab
dünyası böyük
sınaq dövrünü
yaşayır. Çağımızda
kitabxana sisteminin inkişafında innovativ yeniliklərin tətbiqi zəruridir və bu yöndə dünyanın aparıcı
kitabxanalarının qarışlıqlı
əməkdaşlıq və
təcrübə mübadiləsi
bu sahənin inkişafına təsir göstərər: “Kitabxanalar
bu gün yeni çağırışlarla
qarşı-qarşıyadır. Bu çağırışlara cavab
verməyə nail olan
kitabxana öz gələcəyini təmin
edir. O kitabxanada ki innovativ düşüncəyə,
yeniliklərə yanaşma
yoxdur, orada kitabxana öz gələcəyinə məğlub
olur”.
Qeyd olundu ki, bu gün
ölkəmizdə fəaliyyət
göstərən kitabxanalardakı
kitabların sayı milyonlarladır. Milli Kitabxanada da beş milyondan
artıq kitab saxlanılır. Bir il ərzində
kitabxananın saytına
3 milyonadək baxış
qeydə alınır.
Əbülfəs Qarayev vurğuladı ki, bu gün
Milli Kitabxananın inkişafı üçün,
hər şeydən öncə, müasir standartlara cavab verən mübadilə proqramı olmalıdır. Milli Kitabxanada, eləcə də bölgə kitabxanalarında ALİSA elektron
proqramı tətbiq olunur. Kitabxana işində ən
başlıca meyarlardan
biri də biblioqrafik fəaliyyətdir.
Milli Kitabxana bu istiqamətdə
də böyük nailiyyətlər əldə
edib. Həmçinin kitabxananın dissertasiya
fondu dünyanın müxtəlif kitabxanaları
ilə bu sahədə də əməkdaşlıq edir.
Kitabxananın fondunun elektron
daşıyıcılara köçürülməsi
əsas istiqamətlərdən
biridir. Çünki
elektron daşıyıcılara
köçürülən məlumatla dünyanın
hər bir yerindən tanış
olmaq mümkündür.
Milli Kitabxananın səyi nəticəsində bu gün Azərbaycan bəstəkarlarının 300-dən çox əsəri dünya musiqi şəbəkəsinə daxil
olub.
“Müasir dövrdə kitabxanalar kitab qəbiristanlığına çevrilməməli,
yeni innovativ yanaşmalarla həm
virtual, həm də
real aləmdə öz
fondlarının dövr
etməsinə çalışmalıdırlar”,
- deyən Əbülfəs
Qarayev əlamətdar
yubiley münasibətilə
Milli Kitabxananın kollektivinə və kitabsevərlərə xoş
diləklərini çatdırdı.
Milli Kitabxana ölkəmizi və onun mədəniyyətini
layiqincə təbliğ
edir
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva konfransın əhəmiyyətindən
söz açdı. Bildirdi ki,
belə mötəbər
konfransın Milli Kitabxananın 95 illiyinə
həsr edilməsi olduqca əlamətdardır.
Qeyd olundu ki, kitab
və kitabxananın insanın bilik və mənəviyyatının
zənginləşməsində böyük rolu var. Milli Kitabxana aktiv fəaliyyəti ilə hər zaman müxtəlif ölkələrdə təşkil
edilən sərgilərdə
ölkəmizi və onun mədəniyyətini
layiqincə təbliğ
edir, eyni zamanda dünya mədəniyyətinin ölkəmizdə
təbliğini həyata
keçirir.
Rəhbərlik etdiyi fondun fəaliyyətindən danışan
G.Əfəndiyeva qeyd
etdi ki, bizim məqsədimiz ilk növbədə türkdilli
xalqları bir araya gətirməkdən ibarətdir: “Türk dünyasına məxsus qədim mədəni irsi, zəngin mədəniyyət xəzinəsini
dünyaya təqdim etmək də əsas missiyamızdır.
Fondun həyata keçirdiyi layihələr müxtəlif
istiqamətləri əhatə
edir. Dahi şəxsiyyətlər və əlamətdar hadisələrlə bağlı
kitablar nəşr edirik. “Kitabi-Dədə
Qorqud”, “Koroğlu” və “Manas” dastanları ilə bağlı müəyyən
tədqiqatlar aparılır
və bu ilin sonunadək nəfis tərtibatlı kitabların ərsəyə
gəlməsi nəzərdə
tutulur. Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondu olaraq Milli
Kitabxana ilə də çox yaxşı əməkdaşlıq
əlaqələrimiz var”.
* * *
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti,
akademik İsa Həbibbəyli çıxışında
bildirdi ki, qocaman elm və bilik məbədi 95 ildə zəngin inkişaf yolu keçib. Milli Kitabxana mühüm elmi-mədəni mərkəz
kimi kitab işinin təşkilində
aparıcı rol oynayır: “Milli Kitabxana Azərbaycan dövlətçiliyi, müasir
siyasəti, elmi və mədəni həyatı ilə bağlı mötəbər
tədbirlərin keçirildiyi
mərkəzlərdəndir. Bu kitabxana, hər
şeydən əvvəl,
ölkəmizdə kitabxana
işinin modelini təqdim edir. Kitabxananın nəşr etdiyi biblioqrafiyalar ölkəmizdə müxtəlif
təşkilatlarda, elmi
qurumlarda, ali
məktəblərdə çap
olunan biblioqrafiyaların
ən müasir modelini özündə əks etdirir. Bunlar ciddi elmi nəşrlərdir,
ölkəmiz üçün
çox mühüm mənbələrdir”.
Azərbaycanda Atatürk Mərkəzinin
rəhbəri, millət
vəkili, akademik Nizami Cəfərov çıxış edərək
Milli Kitabxananın həmişə mədəniyyətimizə,
elmimizə, milli ideologiyaya xidmət etdiyini vurğuladı. Diqqətə
çatdırdı ki,
milli kitabxanalar dövlətin əsas atributlarından biri olmaqla bir ölkənin,
bir millətin kitab mədəniyyətini
toplayıb saxlayan bir müəssisədən,
bəşəri dəyərləri,
dünyanın ən qiymətli, nadir kitab sərvətini cəmləşdirən,
beynəlxalq əlaqələr
yaradan mədəniyyətlərarası
kommunikasiyanın əsas
vasitəsinə, dövlət
kitabsaxlayıcısına çevrilib.
Türkiyə Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin Kitabxanalar və yayımlar idarəsinin rəhbəri,
qardaş ölkənin
Milli Kitabxanasının
direktoru Hamdi Turşuçu çıxış
edərək konfrans iştirakçılarını salamladı. Bildirdi ki, Türkiyə Milli Kitabxanasının dünyanın əksər
ölkəsi ilə əməkdaşlığı var: “Lakin Azərbaycan
Milli Kitabxanası ilə əməkdaşlıq
tarixi, mədəni və könül birliyinə əsaslanan bir əməkdaşlıqdır.
Bu yubiley günündə
Azərbaycana dəvət
almağımdan çox
məmnunam. Hesab
edirəm ki, iki gün ərzində
konfransda müzakirə
ediləcək məsələlər
hər birimiz üçün maraqlı
nəticələr əldə
etməyə yardımçı
olacaq. Konfrans kitabxanalar arasında
əməkdaşlıq dəhlizi
yaratmaqla elmi mübadilənin ötürülməsində
böyük əhəmiyyət
kəsb edəcək”.
* * *
Tədbirin sonunda mədəniyyət
naziri Əbülfəs
Qarayev konfransın işinə uğurlar arzulayaraq qonaqlara sentyabrın 27-dən Azərbaycanda
ilk dəfə olaraq keçirilən Nəsimi
– şeir, incəsənət
və mənəviyyat
Festivalı haqqında
məlumat verdi.
Bildirdi ki, Şərqin dahi şair və mütəfəkkirlərindən
İmadəddin Nəsiminin
yaradıcılığına həsr olunan festival Heydər Əliyev Fondunun təşkilatçılığı
və Mədəniyyət
Nazirliyinin dəstəyi
ilə reallaşır.
Nazir bütün qonaqları festivalın mədəni proqramları
ilə tanış
olmağa dəvət
etdi.
Təqdimat və məruzələr
dinlənildi
Beynəlxalq elmi-praktik konfrans günün ikinci yarısında məruzələrin
dinlənilməsi ilə
davam etdi.
Əvvəlcə Azərbaycan Milli Kitabxanasının direktor müavini, Əməkdar mədəniyyət işçisi Ədibə İsmayılova “Azərbaycan Milli Kitabxanasının elektron resurs kolleksiyaları” mövzusunda təqdimatla çıxış etdi. Bildirdi ki, Milli Kitabxana yaranarkən onun fondunda 5 min kitab olmuşdu, hazırda bu rəqəm beş milyondur. 2017-ci ilin hesabatına görə, Milli Kitabxananın oxucularının sayı 230 min, onun saytından, elektron kitabxanasından istifadə edən oxucuların sayı isə 3 milyondan çoxdur.
Sonra Qətər Milli Kitabxanasının icraçı direktoru Sohair Vastavi “Dünyanın ən yeni Milli Kitabxanasında informasiya texnologiyaları”, Martinas Mazvidas adına Litva Milli Kitabxanasının baş direktoru Renaldas Gudauskas “Litva Milli Kitabxanası – müasir dövlət xatirə müəssisəsi”, Slovakiya Milli Kitabxanasının bölmə müdiri Janka Dropkova “Slovakiya Milli Kitabxanasında innovasiyalar”, Rusiya Dövlət Kitabxanasının direktor müavini Natalya Samoylenko “Rusiya Dövlət Kitabxanasının fondlarının dizayn-sərgi fəaliyyəti vasitəsilə açılması”, Bosniya və Herseqovina Milli və Universitet Kitabxanasının direktoru İsmet Ovcina “Rəqəmsal dövrdə milli kitabxanaların elektron resursları”, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova “Rəqəmsallaşmanın optimallaşdırma yolları: AMEA Mərkəzi Elmi Kitabxanasının Milli Rəqəmsal Yaddaş layihəsinin təcrübəsi əsasında” mövzusunda, həmçinin digər iştirakçılar məruzələrlə çıxış etdilər.
Milli Kitabxananın direktoru Kərim Tahirov diqqətə çatdırdı ki, məruzələr noyabr ayının sonunadək elmi məcmuə şəklində nəşr olunaraq oxucuların ixtiyarına veriləcək.
Beynəlxalq elmi-praktik konfrans sentyabrın 28-də işini başa vuracaq.
Lalə
AZƏRİ
Mədəniyyət.- 2018.- 28
sentyabr.- S.3.