Azərbaycan-Rusiya regionlararası əməkdaşlığının humanitar istiqaməti

 

 

Sentyabrın 27-də Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsindəHumanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsimövzusuna həsr edilən dəyirmi masa təşkil olunub.

Elm təhsil müəssisələrinin, mərkəzi icra hakimiyyətlərinin humanitar sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Rafiq Bayramov da iştirak edib.

Dəyirmi masada çıxış edən Azərbaycanın təhsil nazirinin müavini Firudin Qurbanov dövlətlərimiz arasında münasibətlərin yüksək səviyyədə olmasının məmnunluq doğurduğunu bildirib. Deyib ki, hər iki ölkənin prezidentləri ikitərəfli humanitar münasibətlərin genişlənməsini daim diqqətdə saxlayırlar.

Diqqətə çatdırılıb ki, Azərbaycanda 120 mindən çox şagirdin oxuduğu 342 orta məktəbdə tədris həm rus dilində aparılır, 16 məktəbdə isə tədris yalnız rus dilindədir. Ali məktəblərdə 150 ixtisasdan 105-i rus dilində tədris olunur, 20 min tələbə təhsilini rus dilində alır.

Qeyd edilib ki, azərbaycanlı gənclərin rus dilinə ədəbiyyatına marağı artır. Bakıda Lomonosov adına Moskva Dövlət Universitetinin, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları açılıb. Hər il ölkəmizdə rus dili olimpiadaları keçirilir. Rusiyanın təhsil müəssisələrində Azərbaycan dili ədəbiyyatı tədrisinə yer ayrılır. 2005-ci ildən Moskva Dövlət Linqvistik Universitetində Azərbaycan dili mərkəzi fəaliyyət göstərir.

Rusiya XİN Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitetinin) prorektoru Artyom Malgin bildirib ki, Azərbaycan Rusiya arasında humanitar sahədə xüsusi münasibətlər var. Azərbaycanda rus dili, mədəniyyəti qorunub saxlanılıb, ruslar rahat şəraitdə yaşayırlar. Prorektor Rusiya-Azərbaycan Ali Təhsil Təşkilatları Assosiasiyası çərçivəsində təhsil elm sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarından da danışıb.

Dəyirmi masada təhsil, elm, mədəniyyət və idman sahələrində layihələrin həyata keçirilməsi, gənclər arasında əməkdaşlığın aktivləşdirilməsi, humanitar sahədə əlaqələrin daha da genişləndirilməsi imkanları müzakirə olunub, hər iki ölkənin humanitar sahədə təcrübəsini əks etdirən, eləcə də təhsil müəssisələrinin proqramlarına dair təqdimatlar keçirilib.

 

Mədəniyyət.- 2018.- 28 sentyabr.- S.4.