Beynəlxalq Muğam Mərkəzində “Şur dünyası”

 

 

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının daha bir tədbiri – “Şur dünyası” adlı konsert proqramı sentyabrın 25-də Beynəlxalq  Muğam Mərkəzində gerçəkləşdi.

Gecəni Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi açaraq Azərbaycan musiqisində muğamların rolundan danışdı, həmçinin Fəraməz Gərmrudinin müəllifi olduğuŞur” muğamından rəng və təsniflər” adlı not kitabı haqqında məlumat verdi.

Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının direktoru, Əməkdar artist Ramil Qasımov, Xalq artisti Ağacəbrayıl Abasəliyev, Əməkdar artist Elşən Mansurov çıxış edərək Fəraməz Gərmrudinin yaradıcılığı və onunKönül” ansamblı haqqında fikirlərini bölüşdülər.

Daha sonraKönül” ansamblının müşayiəti ilə xalq artistləri Aygün Bayramova, Gülyanaq Məmmədova, Əməkdar artist Ehtiram Hüseynov Fəraməz Gərmrudinin Məhəmmədhüseyn Şəhriyarın sözlərinə bəstələdiyi əsərləri ifa etdilər.

Gecənin sonunda F.Gərmrudi M.Füzulinin sözlərinə bəstələdiyi “Sərvi-azad” əsərini ilk dəfə tamaşaçılara təqdim etdi.

 

LALƏ

 

Mədəniyyət.- 2018.- 28 sentyabr.- S.6.