Nərmin Şirəliyeva Moskva
vilayətinin mədəniyyət naziri təyin
olunub
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov həmyerlimiz, tanınmış jurnalist, teleaparıcı Nərmin Şirəliyevanı vilayətin mədəniyyət naziri təyin edib.
Nərmin Şirəliyeva 2013-cü ildən Moskva Vilayəti Qubernatorunun Administrasiyasında nazir ranqında mədəniyyət müşaviri vəzifəsində işləyirdi. Onun təşəbbüsü ilə Moskva vilayətində bir sıra iri mədəniyyət layihələri, xüsusən “Moskva ətrafında ilin fəsilləri”, Rusiyanın kiçik şəhərlərinin teatr festivalı, “Çaykovski ilə Moskvaətrafı gecələri” festivalı, “İlk tamaşaçı”, “Paytaxt teatrlarının Moskvaətrafı afişası”, “Masa festivalı” və digər aksiyalar həyata keçirilib.
Nərmin Oqtay
qızı Şirəliyeva 1974-cü ildə Bakıda anadan olub, Moskva
Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun
məzunudur. 1996-cı ildə “Kultura” qəzetində
beynəlxalq icmalçı kimi əmək
fəaliyyətinə başlayıb. 1998-ci ildən “Kultura” telekanalında fəaliyyətini davam etdirib. Moskva Dövlət
Beynəlxalq Münasibətlər İnstitutunun
aspiranturasını bitirdikdən
sonra 2004-cü ildə “Rusiya
və Fransanın mədəni əlaqələri” mövzusunda namizədlik dissertasiyası
müdafiə edərək, tarix elmləri
namizədi alimlik dərəcəsi
alıb. İngilis və fransız dillərini
mükəmməl bilir.
Mədəniyyət.- 2018.- 28 sentyabr.- S.6.