Qarabağlar türbəsinə ekskursiya

 

 

 

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Türk-islam mədəniyyətinin nadir nümunəsi: Qarabağlar türbə kompleksimövzusunda maarifləndirici tədbir keçirilib.

Muxtar respublikanın Mədəniyyət Nazirliyi ilə birgə təşkil olunan tədbiri xidmətin əməkdaşı Elvin Cavadov açaraq, belə görüşlərin keçirilməsində məqsədin əcnəbilərin Naxçıvanın tarixi, mədəniyyəti ilə daha yaxından tanışlığını təmin etmək olduğunu bildirib.

Mədəniyyət Nazirliyinin əməkdaşı Əli Rzayev ekskursiyaya gələnlərin diqqətinə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2016-cı ildə imzaladığı sərəncama uyğun olaraq Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar türbə kompleksi elmitarixi əsaslarla bərpa edilibbu il iyulun 5-də istifadəyə verilib. Bərpa zamanı abidənin tarixi görkəmi qorunub saxlanılıb.

 

Mədəniyyət.- 2018.- 28 sentyabr.- S.7.