İsveç səfirliyindən Gəncənin Uşaq kitabxanasına hədiyyə

 

 

 

İsveçin ölkəmizdəki səfirliyi tərəfindən Gəncə şəhər Uşaq kitabxanasına məşhur yazıçı Astrid Lindqrenin kitabları hədiyyə ediləcək. Səfirlik Gəncə şəhəri ilə musiqi sahəsində də əməkdaşlıq  qura bilər.

Bu sözləri səfir İnqrid Tersman Gəncəyə səfəri zamanı şəhər İcra Hakimiyyətində keçirilən görüşdə söyləyib.

İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşdə qonağa Gəncənin tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə məlumat verilib, əməkdaşlıq imkanları müzakirə edilib.

Xanım İnqrid Tersman səfərinin məqsədinin Azərbaycanın bölgələrini daha yaxından tanımaq olduğunu bildirib. Diplomat şəhərin sənaye müəssisələrində olub, Nizami Gəncəvi məqbərəsi, Heydər Əliyev parkı, Məhsəti Gəncəvi mərkəzinə baş çəkib, Cavad xan məqbərəsi və Şah Abbas məscidini ziyarət edib. Gəncə Dövlət Filarmoniyası ilə tanışlıq da qonaqda xüsusilə xoş təəssürat yaradıb.

 

Mədəniyyət.- 2018.- 28 sentyabr.- S.7.