Avrasiya ornament ritmləri...”

 

Sentyabrın 25-də Qazaxıstan Milli MuzeyindəAvrasiya ornament ritmləri. Nişanlar. Rəmzlər. Mənalaradlı beynəlxalq konfrans öz işinə başlayıb.

MDB-nin 9 ölkəsindən 30-a yaxın xalq dekorativ-tətbiqi sənəti üzrə aparıcı ekspertlərin iştirak etdiyi konfransda Azərbaycan da təmsil olunur.

Konfransda Xalça Muzeyinin əməkdaşı Mira MəmmədxanovaQədim Avrasiya köçəri xalqlarının ornament mədəniyyətinin yaranma artefaktı”, Milli İncəsənət Muzeyinin şöbə müdiri Xədicə ƏsədovaAzərbaycan xalçalarının sirli dilimövzularında məruzələrlə çıxış ediblər.

Konfrans iştirakçıları Qazaxıstan Milli Muzeyinin ekspozisiyaları ilə tanış olublar.

Beynəlxalq konfrans sentyabrın 28-də öz işini yekunlaşdıracaq.

 

Mədəniyyət.- 2018.- 28 sentyabr.- S.8.