Kamera musiqisi gecəsi
Sentyabrın 25-də Kamera və Orqan Musiqisi Zalında Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının proqramının daha bir konserti keçirildi. Kamera musiqisi gecəsində gənc musiqiçilərin ifasında dünya bəstəkarlarının əsərləri təqdim edildi.
İlk olaraq səhnəyə violin ifaçısı Fərhad Aşumov çıxdı. O, İ.S.Baxın Partita 2 “Cakona” əsərini səsləndirdi. Daha sonra səhnəyə Günel Bəkirova (fortepiano), Afaq Aşumova (fortepiano), Nərmin Rzayeva (fortepiano) çıxaraq bir-birindən maraqlı əsərlərin ifası ilə tamaşaçıların alqışlarını qazandılar.
Proqramda L.V.Bethoven, P.İ.Çaykovski, O.Respigi və Ş.Yurovski kimi bəstəkarların violin və fortepiano üçün əsərləri səsləndi.
Konsert maraqlı ifalar və musiqiçilərin əsərlərə özünəməxsus yanaşmaları ilə yadda qaldı.
L.AZƏRİ
Mədəniyyət.- 2018.- 28
sentyabr.- S.9.