Komi kitabxanasında Azərbaycan ədəbiyyatı və mədəniyyəti günləri

 

 

 

Komi Respublikası (Rusiya) S.Marşak adına Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı və mədəniyyəti günləri başlanıb. Gənc oxucular bir həftə ərzində “Azərbaycana xoş gəlmisiniz!” kitab sərgisi ilə tanış ola biləcək və bu ölkənin uşaq yazıçılarının yaradıcılığı haqqında görüş-söhbətdə iştirak edə biləcəklər.

Kitabxananın direktoru Marina Kruqlovanın bildirdiyinə görə, artıq beş ildirOşpi” multimədəni mərkəzinin proqramı üzrə aparılır. Müxtəlif millətlərin mədəniyyət günləri ilk növbədə ədəbiyyata, o cümlədən müxtəlif ölkələrdən olan müəlliflərə həsr edilir.

Rübdə bir dəfə kitabxanada buya digər xalqın ədəbiyyat günləri keçirilir. Bu dəfə Azərbaycan müəllifləri seçilib. Gənc oxucular üçün ənənəvi olaraq kitab sərgisi, habelə bir sıra əyləncəli-öyrədici tədbirlər hazırlanıb. Kitabsevərlər Azərbaycana virtual səyahət edirlər: kitabxananın əməkdaşları tədbirə gələnləri Miniatür Kitab Muzeyi, Şirvanşahlar sarayı və Bakı bulvarı ilə elektron formada tanış edirlər.

Oxucular üçün həmçinin Azərbaycan nağılları ilə tanış olmaq imkanı yaradılıb. Azərbaycan yazıçılarının yaradıcılığı haqqında “Xalqlar öz kitabları səviyyəsində dostluq edirmövzusunda söhbət aparılır.

Azərbaycan ədəbiyyatı və mədəniyyəti günləri sentyabrın 30-da başa çatacaq.

 

Mədəniyyət.- 2018.- 28 sentyabr.- S.11.