Əlimərdan bəy Topçubaşovun siyasi-publisistik irsi

 

 

 

Dövlət İdarəçilik Akademiyasında ölkəmizin Macarıstandakı səfiri, professor Vilayət Quliyevin tərcümə tərtib etdiyiƏlimərdan bəy Topçubaşov. Xalqımızın müstəqil yaşayacağına inanırdıqkitabının təqdimat mərasimi keçirilib.

DİA-nın rektoru, akademik Urxan Ələkbərov görkəmli ictimai-siyasi xadim, diplomat Əlimərdan bəy Topçubaşovun Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında xidmətlərindən danışıb, nəşrin tələbələr, mütəxəssislər, oxucular üçün dəyərli vəsait olduğunu diqqətə çatdırıb.

Professor Vilayət Quliyev kitab barədə ətraflı məlumat verib, Əlimərdan bəy Topçubaşovun siyasi-publisistik irsinin oxuculara təqdim olunmasının əhəmiyyətindən danışıb.

Nəşrdə Cümhuriyyət Parlamentinin sədri olmuş Əlimərdan bəy Topçubaşovun (1863-1934) siyasi-publisistik irsi geniş təqdim edilir. Kitabda onun məqalələri, nitqləri, səfər qeydləri, diplomatik yazışmaları, tarixi araşdırmaları, bədii publisistikası zəngin epistolyar irsindən nümunələr toplanıb.

Milli Məclisin deputatı, professor Elman Nəsirov, professorlar Elçin Əhmədov, Solmaz Rüstəmova-Tohidi, Havva Məmmədova, dosent Firdovsiyyə Əhmədova kitabın tariximiz üçün töhfə olduğunu bildiriblər.

 

Mədəniyyət.- 2018.- 28 sentyabr.- S.12.