Londonda azərbaycanlı rəssamların sərgisi

 

 

 

 

Ölkəmizin Londondakı səfirliyində incəsənət sərgisi açılıb. Kaspi Müasir İncəsənət Qalereyası və Birləşmiş Krallıqda Azərbaycanlı Qadınlar Assosiasiyasının birgə təşkilatçılığı ilə reallaşan sərginin açılış mərasimində xarici ölkə səfirliklərinin nümayəndələri iştirak ediblər.

Qadınlar Assosiasiyasının rəhbəri Ülviyyə Tağızadə əsərlər haqqında məlumat verib. Bildirib ki, sərgidə beş azərbaycanlı və bir özbək rəssamın əsərləri yer alıb. Rəssamların yaradıcılıq üslubu bir-birindən fərqlənsə də, təmsil etdikləri region adət və ənənələri, rəng və emosiyaları onları birləşdirir.

Sərginin əsas ideyası təqdim olunan əsərlərin hekayəsini London incəsənət auditoriyasına çatdırmaqdır.

 

Mədəniyyət.- 2018.- 28 sentyabr.- S.16.