“Wall Street International” jurnalında Azərbaycan həqiqətləri
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin “Wall Street International” jurnalının italyan dilindəki buraxılışında
müsahibəsi dərc
olunub. “Qara qızıl və insan kapitalı” adı ilə dərc olunmuş müsahibədə səfir
jurnalist Romolo Martelloninin Azərbaycan-İtaliya
münasibətləri və
ölkəmizin inkişaf
strategiyası, o cümlədən
xarici siyasət istiqamətləri, enerji təhlükəsizliyi, nəqliyyat
dəhlizlərinin, mədəniyyətlərarası
dialoqun inkişafında
rolu, Ermənistan-Azərbaycan
münaqişəsi, Azərbaycan-Avropa
İttifaqı əməkdaşlığı
kimi mövzularda suallarını cavablandırıb.
Diplomat Azərbaycanda davamlı inkişafın təmin
edilməsi üçün atılan
addımlar, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft
sektorunun inkişafı, ölkəmizin transmilli nəqliyyat dəhlizlərinin
qurulmasında rolu, “qara
qızıl”ın insan kapitalına
çevrilməsi istiqamətində atılan addımlar,
ölkəmizin “Ekspo 2025”ə ev sahibliyi üçün
namizədliyini irəli sürməsi, Azərbaycanın multikulturalizm ənənələri, İslam həmrəyliyinə və mədəniyyətlərarası
dialoqa verdiyi töhfələr
barədə də danışıb.
Mədəniyyət.- 2018.- 5
yanvar.- S.2.