Abu-Dabidə keçirilən festivalda Azərbaycan gecəsi təşkil olunub
Birləşmiş
Ərəb Əmirliklərinin (BƏƏ) Abu-Dabi
şəhərində ənənəvi Şeyx
Zayed İrsi Beynəlxalq
Festivalı keçirilir. 2017-ci il dekabrın 1-də başlanan
festival 2018-ci il yanvarın
27-dək davam edəcək.
Çin, Rusiya, Türkiyə, Ukrayna - ümumilikdə 24
ölkənin qatıldığı
festivalda Azərbaycanın
BƏƏ-dəki səfirliyinin
təşəbbüsü və təşkilatçılığı
ilə ölkəmizin
məhsul və xidmətlərindən ibarət
pavilyon qurulub. Pavilyonda Azərbaycan istehsalı olan sərinləşdirici
içkilər, çaylar,
konservləşdirilmiş ərzaq
məhsulları, mürəbbələr,
quru meyvələr və çərəzlər,
orqanik istehsal olunan kosmetika məhsulları, turizm xidmətlərinin satışı
həyata keçirilir.
Hər il iki milyondan çox ziyarətçisi olan və bir çox
dünya ölkələrinin
hökumət başçılarının,
yüksək vəzifəli
rəsmilərin, mədəniyyət
və incəsənət
xadimlərinin ziyarət
etdiyi festivalda Azərbaycan pavilyonu maraqla qarşılanıb.
Dekabrın 30-da Dünya Azərbaycanlılarının
Həmrəylik Günü
münasibətilə səfirlik
tərəfindən festivalın
mədəni hissəsində
Birləşmiş Ərəb
Əmirliklərində yaşayan
azərbaycanlı uşaqların
iştirakı ilə
milli rəqslərimizin
nümayişi təşkil
edilib.
Tədbir çərçivəsində
təşkil edilmiş
paradda pavilyonumuzun iştirakçıları milli
paltarlarda Azərbaycanın
dövlət bayrağını
bütün festival ərazisində
gəzdirib, ziyarətçilərlə
şəkillər çəkdirib,
ölkəmiz barədə
məlumat veriblər.
Daha sonra festivalın
səhnəsində səfirliyin
nəzdində fəaliyyət
göstərən “Qarabağ
inciləri” özfəaliyyət
qrupu üzvlərinin ifasında Azərbaycan rəqsləri nümayiş
etdirilib. Qonaqlar milli
geyimdə olan rəqs ifaçıları
ilə şəkillər
çəkdiriblər. Azərbaycan rəqsləri gecə boyu festivalın bir neçə müxtəlif səhnəsində
fasilələrlə nümayiş
etdirilib.
Tədbir ölkənin
telekanalları tərəfindən nümayiş
etdirilib, elektron mediada işıqlandırılıb.
Mədəniyyət.- 2018.- 5
yanvar.- S.3.