Ötən il Rəssamlar
İttifaqında 34 sərgi...
Azərbaycan Rəssamlar İttifaqı 2017-ci ildə müxtəlif mövzulu rəsm sərgisi və ya fotosərgilər üçün nümayiş məkanı olmaqla yanaşı, həm də təşkilatçı qismində çıxış edib. Ötən il Azərbaycan Rəssamlar İttifaqında 13 fərdi, 21 ümumi olmaqla 34 sərgi açılıb. Sənət ocağı həmçinin 20 fotosərginin və 30 rəsm sərgisinin təşkilatçıları sırasında olub.
...Xətai Sənət Mərkəzində 25 sərgi açılıb
Ötən il paytaxtdakı Xətai Sənət Mərkəzi
üçün də tədbirlər
baxımından zəngin olub. İl ərzində burada
25 rəsm sərgisi açılıb. Sənət
mərkəzinin rəhbəri Zahid Əvəzovun
sözlərinə görə, uşaqlar
üçün 10 rəsm müsabiqəsi
təşkil olunmaqla yanaşı,
yuxarı yaş qrupuna
mənsub fırça ustalarının 15 sərgisi keçirilib. 2017-ci ildə mərkəz həmçinin
12 sərgiyə təşkilatçılıq edib.
Mədəniyyət.- 2018.- 5
yanvar.- S.4.