Bakı Dövlət SirkindəEkstremal qışşousu

 

 

   Bakı Dövlət Sirkində pələnglər attraksionuşousunun ardından yeni proqram təqdim olunub. Ekstremal qışadlı proqramın heyəti Rusiyanın Ukraynanın sirk ustalarından ibarətdir. Dəmir şar içərisində göstərilən moto-şou proqramın ən unikal nömrəsidir. Şouda əhliləşdirilmiş heyvanların maraqlı nömrələri, illüziya, hava gimnastları, akrobatların çıxışları təqdim edilib, xüsusi işıq effektlərindən istifadə olunub. Yeni il günlərinə düşdüyü üçün proqramda bayramın rəmzi olan Şaxta baba Qar qız da iştirak edib.

   Tamaşaçılar proqramı yanvarın ortalarınadək izləyə biləcəklər.

 

Mədəniyyət.- 2018.- 5 yanvar.- S.4.