Məktəbdə Tofiq Quliyevin 100 illiyi qeyd olunub

 

 

   Paytaxtın Sabunçu qəsəbəsindəki 215 nömrəli tam orta məktəbdə görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

   Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, tədbir iştirakçıları əvvəlcə bəstəkarın yaradıcılığını əks etdirən videoçarxı izləyiblər.

   Mərasimdə çıxış edənlər 2017-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Tofiq Quliyevin yubileyinin ölkəmizdə geniş şəkildə qeyd edildiyini, silsilə tədbirlərin keçirildiyini, Heydər Əliyev Fondu tərəfindən bəstəkarın yaradıcılığına həsr olunan “Musiqidə döyünən ürək” adlı multimedia toplusunun hazırlandığını diqqətə çatdırıblar.

   Sonra məktəblilərin ifasında Tofiq Quliyev yaradıcılığından nümunələr səsləndirilib.

 

Mədəniyyət.- 2018.- 5 yanvar.- S.7.