Əməkdar artist Torontoda çıxış edib

 

 

   Özünəməxsus ifaçılığı ilə yalnız Azərbaycanda deyil, Avropa Amerikada da tamaşaçı dinləyici sevgisini qazanmış Əməkdar artist Yaqub Zurufçu 2018-ci ilin ilk günlərində Kanadanın Toronto şəhərində geniş konsert proqramı ilə çıxış edib. Sənətçinin yeni ildə ilk konserti musiqisevərlərə xoş bayram ovqatı bəxş edib.

   İlk konsertdən sonra Kanadanın Ontario ştatının təhsil naziri R.Moridi ölkələrarası mədəni əlaqələrin inkişafındakı xidmətlərinə, Azərbaycan musiqisi ilə Kanada sənətsevərlərini daha da yaxından tanış etdiyinə görə Yaqub Zurufçunu yenidən fəxri diplomla təltif edib.

   Səfər təəssüratını jurnalistlərlə bölüşən müğənni deyib: “Uzun illər İranda, AlmaniyadaAmerikada Bakının, Azərbaycanın həsrəti ilə yaşadığımdan qürbətin nə olduğunu yaxşı bilirəm. Bu səbəbdən də indi Vətəndən uzaqda olan, lakin qəlbində daim Vətən sevgisini yaşadan soydaşlarımıza öz mahnılarımla təskinlik verməyə çalışdım. Mən onlar üçün Azərbaycanı, dostluğu, qardaşlığı, həm də məhəbbəti tərənnüm edən mahnılar ifa etdim. Təbii ki, konsertin sonunda sevimli dostlarımızın xahişi ilə onların çox sevdikləri “Ayrılıq” mahnısını oxumalı oldum. Daha doğrusu, mahnının son sözlərini birgə oxuduq və birgə təsirləndik...”.

   Qeyd edək ki, müğənninin qastrol səfərləri Kanadadan sonra ABŞ-ın Çikaqo, Los-Anceles, Hyuston şəhərlərində, həmçinin paytaxt Vaşinqtonda, daha sonra İngiltərənin paytaxtı Londonda davam edəcək.

 

 

Mədəniyyət.- 2018.- 5 yanvar.- S.5.