İstanbulda azərbaycanlı şairə
ilə görüş
İstanbulda azərbaycanlı şairə Firuzə Məmmədli ilə görüş keçirilib. Türkiyə Azərbaycan Dərnəyində (İSTAD) təşkil olunan görüşdə ədəbiyyatçılar və poeziyasevərlər iştirak ediblər.
İSTAD-ın sədri Səfər Qaraqoyunlu Firuzə Məmmədlinin yaradıcılığından danışıb. Göstərilən diqqətə və qonaqpərvərliyə görə minnətdarlıq edən şairə görüş iştirakçılarının suallarını cavablandırıb.
Şairə İstanbulda fəaliyyət göstərən
“Araz yayınçılıq” nəşriyyatı
tərəfindən türk dilində çap olunmuş
“Sözlərim könlümü almağa gəlir” kitabını oxuculara təqdim edib.
Mədəniyyət.- 2017.- 5
yanvar.- S.11.