Rəssam uşaqlar mükafatlandırılıb
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY ilə birgə layihəsi əsasında nəşr olunan “Türk dünyasının nağıl bağı” kitabında yer alan rəsmləri çəkən uşaqlar mükafatlandırılıb.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru Şəhla Qəmbərova açaraq uşaqları maraqlı əl işlərinə görə təbrik edib, onların gələcək uğurlarının davamlı olmasını arzulayıb.
Sonra “Türk dünyasının nağıl bağı” kitabının Xalça Muzeyindəki təqdimatı və kitabda yer alan rəsmlərin sərgisindən bəhs edən videoçarx nümayiş olunub.
Kitabxananın direktor müavini Zahirə Dadaşova da balaca rəssamlara xoş arzularını çatdırıb, Azərbaycanın belə istedadlı uşaqları olduğu üçün qürur hissi keçirdiyini söyləyib.
Sonda
uşaqlara diplom, hədiyyələr
və “Türk dünyasının
nağıl bağı” kitabı təqdim edilib.
Mədəniyyət.- 2017.- 5
yanvar.- S.11.