Məşhur pianoçu
Çingiz Sadıxov ABŞ-da
vəfat edib
Azərbaycanın görkəmli musiqiçisi, istedadlı pianoçu Çingiz Sadıxov 2017-ci il dekabrın 30-da ABŞ-da vəfat edib.
Çingiz Hacı
oğlu Sadıxov
1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk təhsilini
1939-1946-cı illərdə paytaxtdakı Onillik musiqi məktəbində alıb. Sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının
(indiki Bakı Musiqi Akademiyası)
Fortepiano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında,
professor Aleksandr Qoldenveyzerin
sinfində oxuyub.
Görkəmli
musiqiçi Azərbaycan
Dövlət Filarmoniyasının
solisti və konsertmeysteri olub, Bülbül, Rəşid
Behbudov, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalar və başqa məşhur vokalçıları müşayiət
edib.
16 saylı
Bakı musiqi məktəbinin direktoru, “Azkonsert” yaradıcılıq
birliyinin bədii rəhbəri, Yəmən
Demokratik Respublikasında
İncəsənət İnstitutunun
təşkilatçısı və müəllimi, Bakı Musiqi Akademiyasının professoru
vəzifələrində çalışıb.
Çingiz Sadıxov 1959-cu ildə
Azərbaycanın Əməkdar
artisti, 1987-ci ildə Xalq artisti fəxri
adlarına layiq görülüb. Prezident
İlham Əliyevin
2009-cu il 28 oktyabr tarixli sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə
görə “Şöhrət”
ordeni ilə təltif edilib.
Musiqiçi 1994-cü ildən Amerika Birləşmiş Ştatlarının San-Fransisko,
son zamanlarda isə
San-Xose şəhərlərində
yaşayıb.
Allah rəhmət
eləsin.
Mədəniyyət.- 2017.- 5
yanvar.- S.15.