Ümid 2018” incəsənət müsabiqəsi

 

 

   Yanvarın 13-də Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan Gənclər İttifaqının (AGİ) təşkilatçılığı ilə “Ümid 2018” incəsənət müsabiqəsi keçiriləcək.

   Yarışmanın keçirilməsində məqsəd istedadlı uşaq və gəncləri üzə çıxarmaqdır. Müsabiqədə Gürcüstandan, İran, UkraynaRusiyadan gələn qrupların vokal, musiqixoreoqrafik çıxışları dinləniləcək. İştirakçıların bir neçə janrda (folklor, klassik, estrada) və incəsənətin bir neçə növləri (mahnı, teatr, vokal, bədii qiraət, xoreoqrafiya) üzrə çıxışları gözlənilir. Yaş məhdudiyyəti yoxdur. 4 yaşdan başlayaraq hər bir kəs yarışmada iştirak edə bilər.

   Münsiflər heyətinə Azərbaycanın tanınmış incəsənət xadimləri daxildir. Obyektivlik naminə çıxışlar zamanı iştirakçıların hansı studiyaya məktəbi təmsil etdikləri açıqlanmayacaq. Seçim iştirakçının qeydiyyat nömrəsi ilə aparılır.

 

Mədəniyyət.- 2018.- 10 yanvar.- S.3.