Opera Balet Teatrında ilin ilk premyerası

 

 

   Qara Qarayevin 100 illiyi çərçivəsindəQoyyabaleti nümayiş olunacaq

  

   Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının yaradıcı heyəti ilin ilk səhnə əsərinin premyerasına hazırlaşır.

   Qara Qarayev Fərəc Qarayevin musiqisi əsasında səhnələşdirilənQoyyabirpərdəli baleti fevralın 3-də ictimaiyyətə təqdim olunacaq.

   Baletin quruluşçu xoreoqrafı Estoniyanın Əməkdar artisti, Sankt-Peterburq “Dance Opera” balet festivalının bədii rəhbəri, UNESCO yanında Beynəlxalq Rəqs Şurasının üzvü, Beynəlxalq Marius Petipa İrsi Fondunun prezidenti Vasili Medvedyevdir.

   Tamaşanın quruluşçu rəssamı Rusiya Rəssamlıq Akademiyasının akademiki, Rusiya Rəssamlar İttifaqının üzvü Dmitri Çerbadji, libretto müəllifi türkiyəli yazıçı Yana Temiz, xormeysteri Azərbaycanın Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

   Dahi bəstəkar Qara Qarayevin 100 illiyi çərçivəsində nümayiş olunacaq səhnə əsərində rolları Xalq artisti Kamilla Hüseynova, əməkdar artistlər Nigar İbrahimovaMakar Ferştandt, aparıcı solistlər Anar Mikayılov və Cəmilə Kərimova canlandıracaq. Tamaşanı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.

 

Mədəniyyət.- 2018.- 10 yanvar.- S.3.