Milli İncəsənət Muzeyində bələdçi turları təşkil edilib

 

 

   Ötən il muzeyin 49 minədək ziyarətçisi olub

  

   Caspian Event Organisers LLC” və “İteca Caspian” şirkətləri ötən sərgi mövsümündə reallaşanEducation 2017”, “WorldBuild Baku” və “Bakutel 2017” sərgi və konfransının iştirakçıları üçün Azərbaycan Milli İncəsənət Muzeyində bələdçi turu təşkil edib.

   Muzey turunda sərgi və konfrans iştirakçıları Azərbaycan, RusiyaAvropa incəsənətinin müxtəlif dövrlərini əhatə edən əsərlərlə yaxından tanış olublar.

   Muzeyin elmi işçisi Vəsilə Qəhrəmanlı sərgi və konfrans iştirakçılarına muzeyin tarixindən, burada qorunub saxlanılan təsviri və tətbiqi sənət nümunələrindən, həmçinin Azərbaycan xalçalarının nadir növlərindən, ustalıqla işlənmiş misilsiz zərgərlik əşyalarından, milli geyimlər və məişət əşyalarından bəhs edib.

   Qeyd edək ki, 2017-ci il Azərbaycan Milli İncəsənət Muzeyi üçün çox məhsuldar olub. İlboyu çoxsaylı sərgilər, tədbirlər, konfranslar, ustad dərsləri, maarifləndirici mühazirələr, təlimlər keçirilib. Bu sırada muzeyin 80 illik yubileyi çərçivəsində reallaşanFransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisini və “Belle Epoque” - möhtəşəm dövrün möcüzəvi dünyasını əks etdirən “Fransız tətilləri” proqramının təqdimatını xüsusi qeyd etmək olar.

   Oktyabrın 21-də Azərbaycan xalçası üzrə V Beynəlxalq simpozium çərçivəsində muzeydə açılan “İpək xəzinələri: XVI-XVIII əsrlərdə Azərbaycan tikmələri” adlı xüsusi sərgi yeni ildə də davam edir. Sərgidə Milli İncəsənət Muzeyinin fondunda saxlanılan nadir bədii incilər, Londonun ViktoriyaAlbert Muzeyi, Berlinin İslam İncəsənəti Muzeyi, Avropa və Azərbaycanda şəxsi kolleksiyalarda saxlanılan, XVI-XVIII əsrlərə məxsus Azərbaycan bədii nümunələri təqdim edilir. Ziyarətçilər yanvar ayının 15-dək “İpək xəzinələri: XVI-XVIII əsrlərdə Azərbaycan tikmələri" sərgisi ilə tanış ola bilərlər.

   2017-ci ildə Azərbaycan Milli İncəsənət Muzeyini 48731 nəfər ziyarət edib. Onlardan 2846 nəfəri xarici vətəndaş olub.

 

 

Mədəniyyət.- 2018.- 10 yanvar.- S.4.