Bəstəkar Elnarə Dadaşovanın yaradıcılıq gecəsi

 

 

   Yanvarın 16-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Əməkdar incəsənət xadimi, professor Elnarə Dadaşovanın anadan olmasının 65 illiyinə həsr edilmiş yubiley gecəsi keçiriləcək.

   Gecədə bəstəkarın yaradıcılıq yolundan söz açılacaq və AzTV-nin Niyazi adına simfonik orkestrinin ifasında əsərləri səslənəcək.

   Dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil almış Elnarə Dadaşova fortepiano, simli kvartet, kamera-instrumental, sopranokamera, nəfəsli orkestr üçün əsərlər bəstələməklə yanaşı, sənədli filmlərə silsilə musiqilər yazıb. Onun yaradıcılığında fortepiano üçün yazdığı “24 prelüd” silsiləsi, “Sayalı” baleti, orqan üçünVariasiya”, “Fantaziya”, “Postlüdiya” əsərləri mühüm yer tutur.

   Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyətini davam etdirən E.Dadaşova, həmçinin “Polifoniya”, “Solfecio” üzrə dərs vəsaitlərinin, tədris proqramlarının müəllifidir.

 

Mədəniyyət.- 2018.- 10 yanvar.- S.5.