Kitabxanada uşaqların hüquqi
tərbiyəsi ilə bağlı görüş
Azərbaycan Respublikası insan hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə hər il oktyabr-noyabr aylarında ölkəmizdə “Uşaq hüquqları aylığı” elan olunur. Kürdəmir rayonunda təkcə bu aylıq çərçivəsində deyil, il ərzində mütəmadi olaraq hüquq işçiləri ilə məktəblilərin görüşləri təşkil edilir.
Kürdəmir rayon MKS-nin Uşaq şöbəsində “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon Polis şöbəsinin inspektoru, polis baş leytenantı Asif Əhmədov və yetkinlik yaşına çatmayan oxucular iştirak ediblər. MKS-nin direktor müavini İradə Mahmudova, Uşaq şöbəsinin müdiri Xatirə Soltanova uşaqların hüquqlarının qorunması ilə əlaqədar kitabxanada keçirilən tədbirlər haqqında söhbət açıblar.
Polis baş leytenantı Asif Əhmədov böyüməkdə olan gənc nəslin hüquqi baxımdan tərbiyələndirilməsi üçün uşaq cinayətkarlığı ilə mübarizədən, müasir dövrün ən aktual bəlası olan narkomaniyadan, yetkinlik yaşına çatmayanların hüquq tərbiyəsində məktəblərin, kitabxanaların rolundan danışıb, iştirakçıların suallarını cavablandırıb.
Məryəm Əliyeva
Kürdəmir
rayon MKS-nin baş biblioqrafı
Mədəniyyət.- 2018.- 10
yanvar.- S.7.