Özbəkistan portalı Azərbaycan və
Rusiyanın dəniz səyahətləri haqqında
Özbəkistanın tnews.uz portalında rus dilində “Azərbaycan və Rusiya birgə dəniz turları təşkil edəcək” sərlövhəli məqalə dərc edilib.
Məqalədə diqqətə çatdırılır ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” və “Moskva Çay Gəmiçiliyi” arasında Xəzər dənizində “Pyotr Velikiy” adlı sərnişin gəmisini istismar etməklə, dəniz turlarının təşkili haqqında memorandum imzalanıb. Qeyd olunur ki, bu layihə Azərbaycana daha çox turist cəlb etməyə imkan yaradacaq.
Memoranduma əsasən, dəniz turları 2019-cu ilin sonunadək başlayacaq. Eyni zamanda Moskva-Bakı (daxili çaylarla Həştərxana, oradan isə Bakıya), Həştərxan-Mahaçqala-Bakı, Bakı-Ənzəli-Nouşəhr-Türkmənbaşı-Aktau-Həştərxan və digər marşrutlar üzrə turlar təşkil etmək də nəzərdə tutulur.
Mədəniyyət.- 2018.- 10
yanvar.- S.8.