Mərkəzi Elmi Kitabxanada ötən ilin
yekunları müzakirə olunub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) ötən ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli kitabxananın fəaliyyətindən söz açıb, MEK-in elektron resursların mübadiləsi sahəsində təşəbbüslərinin təqdirəlayiq olduğunu söyləyib. Bildirilib ki, ADA Universiteti, İstanbuldakı Kazım Qarabəkirin ev-kitabxanası, Budapeştdə Hazainin ev-kitabxanası və bir sıra başqa qurumlarla elektron resursların mübadiləsi həmin təşəbbüslər sırasındadır.
Qeyd olunub ki, sərbəst elektron resurslardan biri olan “Vikipediya”da MEK-in fəaliyyəti təqdirəlayiqdir. MEK-in beynəlxalq əlaqələrinin sürətli inkişafından danışan İ.Həbibbəyli daha çox dünyanın akademik kitabxanaları ilə əməkdaşlığın qurulmasını tövsiyə edib.
Sonra MEK-in direktoru Leyla İmanovanın 2017-ci ildə görülən işlərin yekunu ilə bağlı hesabat məruzəsi dinlənilib. Kitabxananın ötən il əldə etdiyi mühüm nəticələrindən danışan direktor bildirib ki, 17 ən qədim kitabın altısına oxucu tərəfindən annotasiya hazırlanıb.
Mədəniyyət.- 2018.- 12
yanvar.- S.13.