Ədəbiyyatşünas alimin 80 illiyinə həsr olunan elmi konfrans

 

 

   Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas alim, AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin (1937-2017) 80 illik yubileyinə həsr olunmuşMənəvi sərvətlərimizin sorağında...” mövzusunda respublika elmi konfransı keçirilib.

   AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli alimin zəngin bədii klassik irsimizin tədqiqində xidmətlərindən, elmi-pedaqoji fəaliyyətindən danışıb. Alimin həmmüəllifi olduğuAzərbaycan ədəbiyyatı tarixi (qədim dövr orta əsrlər)” dərsliyinin bu gün ali məktəblərdə geniş istifadə edildiyi vurğulanıb. Qeyd olunub ki, məhz onun axtarışları araşdırmaları nəticəsində MəsihininVərqa Gülşapoeması doğma ana dilimizdə yazdığıDivan”ı, ilkin yazılı abidələrimizdən sayılanDastani-Əhməd Həramiməsnəvisi, XIV yüzilliyin qüdrətli hökmdar-şairi kimi tanınan Qazi Bürhanəddinin türkDivan”ı Azərbaycanda ilk dəfə nəşr olunub.

   Sonra AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlinin Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Fəridə Əzizovanın məruzələri dinlənilib.

   Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev Ə.Səfərlinin üzə çıxardığı tarixi faktları öz şərhləri ilə zənginləşdirdiyini deyib.

   AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu alimlə birgə Əfqanıstanda tərcüməçi işlədiklərini xatırladıb.

   Professorlar Məmməd Əliyev və Xəlil Yusifli, dosent Zəkulla Bayramlı və digər çıxış edənlər ədəbiyyatşünas alimin həyat və yaradıcılığından bəhs edib, onun mətnşünaslıq, tərcüməçilik sahələrində fəaliyyətindən söz açıblar.

   Tədbirdə, həmçinin görkəmli aliminSeçilmiş əsərlər”i, “Biblioqrafik göstəricisi” və konfransın materialları əsasında çap edilmiş kitablar təqdim olunub.

 

 

Mədəniyyət.- 2018.- 10 yanvar.- S.11.