Fransa portalı azərbaycanlı modelyerdən
yazıb
Fransanın “Where” jurnalının
http://www.wherepariseditions.com portalında tanınmış modelyer,
Əməkdar incəsənət
xadimi Fəxriyyə Xələfova haqqında məqalə dərc olunub.
“Fəxriyyə
Xələfova - Azərbaycanın
məşhur modelyeri”
adlı məqalədə
onun karyerasından, müxtəlif moda festivallarında, eləcə
də “Fashion Show”larda
iştirakından söz
açılıb. Modelyerin Parisin
“Crillon” hotelində keçirilən “Fashion Show” həftəsindəki
moda kolleksiyasından yazan müəllif bildirib ki, onun
əsas prinsipi milli geyimlərin müasir geyimlərə transformasiyası, klassik və müasir üslubun kombinasiyasıdır.
Yazıda F.Xələfovanın
“Neft ilahəsi”, “Azərbaycan
xanımları”, “Ümid ritmləri”
kolleksiyalarından, onların simvol və
fəlsəfəsindən də bəhs edilib.
Mədəniyyət.- 2018.- 10
yanvar.- S.16.