Azərbaycanlı balet artistləri
Sankt-Peterburq səhnəsində
Yanvarın 25-26-da Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrında nümayiş etdiriləcək
Adolf Adanın “Korsar” baletində azərbaycanlı
gənc balet artisti Timur Əsgərov
da rol alacaq.
Teatrın saytında yer alan
xəbərə görə,
“Mariinsk-2” səhnəsində təqdim ediləcək baletdə Konrad obrazını Timur Əsgərov canlandıracaq.
T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Məktəbini (indiki Bakı Xoreoqrafiya Akademiyası) bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Opera və Balet Teatrında çalışıb. 2011-ci ildən Mariinsk Teatrının truppasında fəaliyyət göstərir.
* * *
Yanvarın 31-də Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrının “Mariya-2” səhnəsində təqdim ediləcək Karen Le Frakın “Pavlovsk” adlı birpərdəli baletində isə həmvətənimiz Fuad Məmmədov çıxış edəcək. Baletin premyerası 2016-cı ildə olub.
F.Məmmədov Bakı Xoreoqrafiya Məktəbinin məzunudur. Taras Şevçenko adına Ukrayna Milli Operasının artisti olub. 2013-cü ildən Sankt-Peterburq teatrında çalışır.
Mədəniyyət.- 2018.- 10 yanvar.- S.10.