“Azadlıq aşiqləri günü

 

   20 Yanvar mövzusunda uşaq rəsm müsabiqəsi elan olunub

  

   Mədəniyyət və Turizm Nazirliyi, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azadlıq aşiqləri günü - 20 Yanvar” adlı respublika uşaq rəsm müsabiqəsi elan olunub.

   15 yaşa qədər uşaq və yeniyetmələr arasında keçirilən müsabiqənin yekun sərgisi yanvarın 18-də Xətai Sənət Mərkəzində keçiriləcək. Layihənin məqsədi xalqımızın azadlıq mübarizəsinin parlaq səhifələrindən olan 1990-cı ilin 20 yanvar hadisələrini, xalqımızın nümayiş etdirdiyi vətən, torpaq, azadlıq eşqini bir daha xatırlamaq, gələcək nəsillərə ötürməkdir.

   Müsabiqəyə 300-ə yaxın uşaq 400-dən çox əsəri ilə qatılıb. Yekun sərgidə 110 uşağın 120-yə yaxın işinin nümayişi nəzərdə tutulur.

 

Mədəniyyət.- 2017.- 12 yanvar.- S.3.