“Əl-Cəzirə” telekanalı Azərbaycandakı tolerantlıq haqqında

 

   “Əl-Cəzirə” telekanalının ingilis dilindəki internet saytında Azərbaycanla bağlı növbəti məqalə yayılıb.

   Müəllifi hazırda bu nüfuzlu media orqanında çalışan azərbaycanlı jurnalist Aysəba Umudlu olan məqalədə ölkəmizdəki dini tolerantlıqdan, burada İslam dininin yayılması tarixindən, ölkəmizin İslam mədəniyyətinin inkişafına töhfələrindən bəhs edilir.

   Məqalədə dünyəvi respublika olan Azərbaycanda əhalinin 96 faizini müsəlmanların təşkil etdiyi diqqətə çatdırılır. Konstitusiyaya əsasən irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən və s. asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabər olduğu vurğulanır.

  

Mədəniyyət.- 2017.- 12 yanvar.- S.3.