“Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” Milli Kitabxanaya təqdim edilib

 

   Yanvarın 11-də Milli Kitabxanada AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanmış “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” adlı kitabın kitabxana fonduna təqdimetmə mərasimi keçirilib.

   İnstitutun Kitabxana şöbəsinin müdiri Sevil Zülfüqarova bildirib ki, “Elm və Təhsil” nəşriyyatında nəfis şəkildə çap olunan atlasda Naxçıvan dialektinin fonetik, leksik-sintaktik, morfoloji quruluşu barədə müfəssəl məlumatlar yer alıb. İlk dəfə olaraq atlasda həm də mp3 formatında canlı səs yazıları verilib.

   Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova institutun atlasın ərsəyə gəlməsində rolu olan əməkdaşlarına təşəkkürünü bildirib, onlara yeni uğurlar arzulayıb. Vurğulanıb ki, atlas Milli Kitabxananın fondunda tədqiqatçı alimlərin istifadəsi üçün dəyərli mənbə olacaq.

 

Mədəniyyət.- 2017.- 12 yanvar.- S.4.