İstanbulda azərbaycanlı müəlliflərin
əlyazmaları tədqiq edilib
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, dosent Əzizağa Nəcəfov, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova və aparıcı elmi işçi Aynur Nəcəfova “Azərbaycanın görkəmli şəxsiyyətlərinin imzaları və epistolyar irs” elmi tədqiqat layihəsi çərçivəsində İstanbul şəhərində ezamiyyətdə olublar.
Ezamiyyət
müddətində alimlər İstanbul Universitetinin Mərkəzi Kitabxanasında, Nadir Əsərlər Kitabxanasında, həmçinin
Əhməd Hamdi Tanpınar Ədəbiyyat
Muzeyi Kitabxanasında azərbaycanlı
müəlliflərin əlyazmaları ilə bağlı tədqiqat
aparıb, görkəmli türk şairi Nazim Hikmətin bəzi
şeirlərinin, anasına yazdığı məktubların
əlyazmalarının surətini əldə ediblər.
Mədəniyyət.- 2018.- 12
yanvar.- S.5.