İşlək orfoqrafiya sözlüyünün elektron versiyası istifadəyə verilib

 

   Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri - “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyünün onlayn versiyası oxucuların ixtiyarına verilib.

   Oxucular mərkəzin “açıq kitabelektron kitabxana portalında (www.achiqkitab.az) “Tərcümə Mərkəzinin kitabları” bölməsinə daxil olmaqla sözlükdən yararlana bilərlər.

   Qeyd edək ki, sözlük Azərbaycan sözlərinin, eləcə də dilimizə daxil olmuş, işləklik qazanmış alınma söz və terminlərin seçimivahid, düzgün yazılış qaydası prinsipi üzrə tərtib edilib.

 

 

Mədəniyyət.- 2018.- 12 yanvar.- S.5.