“Vurğuna
vurğun gəlin”in sevgi hekayəti
Bu il
90 illik yubileyini qeyd etməyə hazırlaşan Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrı
yeni ilin ikinci həftəsində seyrçiləriylə görüşə
“Monotamaşalar paradı”
ilə gəldi.
Yanvarın 9-da teatrın kiçik
səhnəsində təqdim
edilən layihənin
ilk tamaşası Əməkdar
artist Lətifə Əliyevanın
iştirakı ilə
Zaməddin Ziyadoğlunun
“Vurğuna vurğun gəlin” əsəri oldu.
Tanınmış şair-dramaturq Z.Ziyadoğlunun
Xalq şairi Səməd Vurğunun xatirəsinə həsr etdiyi pyes əsasında
hazırlanan eyniadlı
tamaşa kiçik səhnədə böyük
təəssüratlar yarada
bildi. Tamaşada söz ustadına
ümumxalq məhəbbəti
öz əksini tapıb. Aktrisa oyunu ilə bu məhəbbəti dolğun şəkildə
nümayiş etdirməyə
nail oldu.
Böyük sevgi üzərində
qurulan bir aktyorun oyunu tamaşaçılar tərəfindən
hərarətli alqışlarla
qarşılandı. İzləyicilər “Vurğuna vurğun gəlin”i çiçək
yağışına qərq
etdilər.
Tamaşa ilə bağlı
fikirlərini bizimlə
bölüşən Lətifə
Əliyeva səhnə
əsərinin ideya müəllifinin özü
olduğunu bildirdi.
Dedi ki, 16 il əvvəl
şair Z.Ziyadoğluna
bu mövzuda bir əsər yazmasını xahiş edib. Şair onun istəyi
ilə bu mənzum əsəri qələmə alır.
İlk dəfə tamaşanı 16 il
əvvəl tamam fərqli formada oynayan aktrisa sonradan teatr və kinodakı işləri ilə əlaqədar bir də bu əsərə
qayıda bilmir. Gənc Tamaşaçılar Teatrı
rəhbərliyinin təklifi
ilə əsərə
yenidən müraciət
edən aktrisa tamaşanı öz dünyası, öz aləmi adlandırır.
Yeni quruluşun rejissoru Gülnar Hacıyevadır.
Söhbətimiz
zamanı aktrisa qeyd etdi ki,
ilk dəfə monotamaşa
oynamaq arzusu 20 il əvvəl
ulu öndər Heydər Əliyevin Qarabağ döyüşlərində
iştirak edən xanımlarla görüşü
zamanı yaranıb. Müharibənin qızğın vaxtında qəhrəman Azərbaycan qadınları
ilə dövlət başçısının görüşündən
təsirlənən aktrisa
Rafiq Rəhimlidən qəhrəman qadın obrazını əks etdirən bir əsər yazmasını
xahiş edib. Bu əsər Ağakişi
Kazımovun quruluşunda
maraqla qarşılanıb.
Lətifə Əliyeva Gənc Tamaşaçılar Teatrının
“Monotamaşalar paradı”
çərçivəsində ilk olaraq “Vurğuna vurğun gəlin” tamaşasının təqdim
olunmasını teatr rəhbərliyinin ona etimadı kimi dəyərləndirir: “Bu monotamaşa
daxili dünyamın və içimdəki Səməd Vurğun sevgisinin təzahürüdür.
Əsər içimdəki tufanı
gözəl şəkildə
təsvir etməyə
imkan yaradır. Şükür ki, tamaşa
bəyənildi. Məni dəstəkləyən
bütün sənət
dostlarıma, görkəmli
elm və mədəniyyət
adamlarına təşəkkürümü
bildirirəm. Bir daha teatrın rəhbərliyinə,
texniki heyətə mənə qarşı diqqətə, tamaşanın
uğurlu alınması
üçün göstərilən
yardıma görə
minnətdaram”.
Qeyd edək ki, “Monotamaşalar paradı” layihəsi çərçivəsində
yanvarın 10-da aktrisa
Mehriban Abdullayevanın
iştirakı ilə
U.Luisin əsəri əsasında “İstədiyim
kimi yaşamışam”,
11-də Əməkdar artist Şövqi Hüseynovun ifasında “Dəlinin qeydləri” (N.V.Qoqol) tamaşaları təqdim olunub.
Ayın 12-də
Əməkdar artist Kəmalə
Hüseynovanın “Cəza”
(T.Vəliyeva), 16-da aktrisa
Küşvər Şərifovanın
“Sonsuzluğun sonu”, yanvarın 17-də isə
Əməkdar artist Nofəl
Vəliyevin təqdimində
F.Dostoyevskinin «İdiot»
əsəri əsasında
hazırlanmış monotamaşalar
teatrsevərlərin görüşünə
gələcək.
Lalə Azəri
Mədəniyyət.- 2018.- 12
yanvar.- S.7.