“Uzun
yollar qatarı”
Bakıdan da keçəcək
İrəvan Dövlət Azərbaycan
Dram Teatrının yeni
ildə ilk premyerası
C.Cabbarlı adına İrəvan
Dövlət Azərbaycan
Dram Teatrı yanvarın
22-də S.Vurğun adına
Azərbaycan Dövlət
Rus Dram Teatrının
səhnəsində qırğız
yazıçısı Mar Bayciyevin “Uzun yollar qatarı” əsərinin tamaşasının
premyerasını təqdim
edəcək.
Səhnə əsərinin quruluşçu
rejissoru Əməkdar
artist Sərvər Əliyev,
quruluşçu rəssamı
Vahid Mürsəliyev,
bəstəkarı Çingiz
Xəlilov, rejissor assistenti Tural Xəlilzadədir.
Rollarda əməkdar artistlər Esmiralda Şahbazova, Vaqif Kərimov, aktyorlar Səmayə İsmayılova, Ruhiyyə
Eyvazova, Nicat Mirzəzadə, Ceyhun Əliyev, Əmrulla Nurullayev, Şəbnəm
Cəbrayılova və
başqaları çıxış
edəcəklər.
Qeyd edək ki, İrəvan
teatrı ötən il tamaşaçılara
bir neçə premyera təqdim edib.
İftixar Piriyevin müəllifi olduğu “Qanlı qızıl toy” pyesi əsasında Xalq artisti Rafael Dadaşovun quruluşunda hazırlanmış eyniadlı tamaşa Şuşa şəhərinin müdafiəsi uğrunda döyüşmüş qəhrəmanlara həsr olunub. Şair-dramaturq Hidayətin “İrəvanda xal qalmadı” tarixi dramı əsasında təqdim etdiyi eyniadlı tamaşaya Nicat Mirzəzadə yeni quruluş verib. Yosef Bar-Yosefin “Qəliz adamlar” əsəri ilk dəfə teatr tərəfindən Azərbaycan dilinə tərcümə edilərək səhnələşdirilib. Əfqan yazıçısı Xalid Hüseyninin romanı əsasında “Min möhtəşəm günəş” ikihissəli dramı da 2017-ci ildə səhnələşdirilib.
Mədəniyyət və Turizm Nazirliyi ilə yerli icra hakimiyyəti orqanlarının birgə həyata keçirdiyi “Biz narkomaniyaya yox deyirik!” teatr layihəsi çərçivəsində teatrın kollektivi dekabr ayında bölgələrdə qastrol səfərinə çıxaraq Marat Haqverdiyevin “Məhəbbət və ağ ölüm” tamaşasını təqdim edib.
Mədəniyyət.- 2018.- 12
yanvar.- S.7.