Rəqqaslarımız beynəlxalq müsabiqədə birinci olublar

 

 

   “Cücələrim” ansamblı özünün əfsanəvi ustalığını bir daha təsdiq edib

  

   Azərbaycanın “Cücələrim” ansamblı yanvarın 5-dən 9-dək Moskvada keçirilmişMilad ulduzları” XVII beynəlxalq uşaq yaradıcılıq forumunda və festival-müsabiqədə iştirak edib. 20 ildən sonra fəaliyyəti bərpa olunmuş “Cücələrim” özünün əfsanəvi ustalığını bir daha təsdiq edib.

   Müxtəlif ölkələri təmsil edən yaradıcılıq kollektivlərini birləşdirən bu möhtəşəm beynəlxalq tədbirdə Azərbaycan kollektiviXoreoqrafiya - milli rəqslər” nominasiyasında çıxış edibbirinci yeri tutub. Müsabiqə üçün bəstəkar Tofiq Quliyevin “Qaytağı süitası” adlı musiqisi əsasında hazırlanmış kompozisiya təqdim edilib. Qaliblər festivalın müsabiqə diplomları və kubok ilə təltif edilib.

   Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Cücələrim” ansamblının direktoru Firuzə Sultanzadə təbrik nitqində deyib: “Bu qələbəyə görə “Cücələrim” ansamblının üzvlərinə və pedaqoq-xoreoqraflarına ürəkdən təşəkkür edirəm. Bizim uşaqların müxtəlif festivallara tez-tez getmələri və həmin tədbirlərdə iştirak etmələri üçün nə mümkündürsə edəcəyik. Bizim gözəl və istedadlı gənclərimiz var”.

   Festival iştirakçıları üçün geniş mədəni proqram hazırlanıb. Onlar Kremldə Rusiyanın əsas yolkası ətrafında toplaşıb, Milad balında iştirak edib, Rusiya paytaxtının görməli yerlərini gəziblər. Nümayəndə heyətimiz Azərbaycanın Rusiyadakı səfirliyində də olub.

   “Şəhərlərin həyatı” festival komitəsi tərəfindən UNESCO-nun “Gənc şəhərlərin mədəniyyəti” beynəlxalq konfransının Moskva müdiriyyəti bazasında, şəhərin Mədəniyyət departamentinin himayəsi ilə keçirilən festival-müsabiqənin məqsədi Rusiyanın müxtəlif şəhərlərindən və xarici ölkələrdən olan uşaqların yaradıcılıq nailiyyətlərinin mübadiləsinə, ünsiyyətinə kömək etməkdir. Builki festivalda 2500-dən çox iştirakçı akkreditə edilib. Festivalın münsiflər heyətinə Böyük Teatrın aparıcı solistləri, tanınmış mədəniyyət xadimləri, Rusiya estrada ulduzları daxildir.

 

 

Mədəniyyət.- 2018.- 12 yanvar.- S.8.