Nizami Gəncəvinin əsərləri
Çin dilində
Dahi Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması və seçilmiş şeirləri Çin dilinə tərcümə edilərək kitab halında çap olunub.
Əsərləri Çin dilinə farsşünas alim Can Honnyen tərcümə edib. Tərcüməçi ön sözdə bildirib ki, Nizami Gəncəvinin əsərləri farsdilli ədəbiyyatın zirvəsində durur, eyni zamanda onun Azərbaycan şairi olması danılmaz tarixi faktdır. Nizami ölməz əsərləri ilə bütün bəşəriyyətə məxsusdur.
Qeyd
edək ki, Nizami Gəncəvinin
“Leyli və Məcnun” poeması ilk dəfə 1983-cü ildə Çin dilinə tərcümə olunub. Keçən illər ərzində əsər
bir neçə dəfə təkrar nəşr
olunub.
Mədəniyyət.- 2018.- 12
yanvar.- S.8.