Ölkəmiz Nyu-Yorkda film festivalında təmsil olunur
“Debüt” studiyasının “Eliza”sı
nümayiş etdiriləcək
Yanvarın 12-dən 14-dək ABŞ-ın
Nyu-York şəhərində
“Bronx World Cinema” festivalı keçiriləcək. Müəllif filmləri festivalında ölkəmizi rejissor Məzahir Həşimovun
“Debüt” studiyasında
lentə aldığı
“Eliza” filmi təmsil edəcək.
Filmin premyerası yanvarın
12-də baş tutacaq.
Rejissor bizimlə söhbətində
filmin süjeti barədə qısa məlumat verdi.
Filmin qəhrəmanı Elizanı
bibisi böyüdür.
O, tərs qızdır
və bu tərsliyi şəxsi həyatında da ona mane olur. Bütün bunlara dözə bilməyən
bibisi Elizanın həyatına müdaxilə
edir və onu bir gənclə
tanış edir. Bundan sonra Eliza balaca
televizorda özü öz həyatını izləyir. Onun həyatı sanki
bir çərçivəyə
salınıb.
Filmin festivalda iştirakına
gəlincə, rejissor
bildirdi ki, baş rolun ifaçısı, gənc
aktrisa Dəniz Tacəddin filmi festivala göndərmək
üçün icazə
istəyib, o da razılığını bildirib.
Sonra festivalın təşkilat
komitəsindən filmin
bəyənildiyinə dair
məktub gəlib.
Təşkilat komitəsi həm
rejissor, həm də aktrisa haqqında geniş məlumat almaq üçün müraciət
edib. Filmin subtitrlərinin yazılmasında
festivalın təşkilat
komitəsi köməklik
göstərib və təqdimatın sırf Amerika formatında olması üçün
məsləhət və
nümunələri də
azərbaycanlı həmkarlarına
göndəriblər.
“Eliza” filminin bədii rəhbəri kinorejissor, Xalq artisti Eldar
Quliyevdir. Ssenari müəllifi
Yelena Andreyeva, operatoru
Yuri Varnovski, rejissor assistenti Cabir Hacıyev, montajçı
Elşən Bağırovdur.
Filmdə Dəniz Tacəddin, Toğrul Rza və Hicran
Nəsirova rol alıb.
Qeyd edək ki,
2011-ci ildən fəaliyyətə
başlayan “Bronx World Cinema” festivalı dünya kinosunun təbliğinə
xidmət edir. Müxtəlif mədəniyyətləri bir arada nümayiş
etdirmək festivalın
əsas məqsədlərindən
biridir.
Lalə Azəri
Mədəniyyət.- 2018.- 12
yanvar.- S.11.