Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”
işıq üzü görüb
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təsis etdiyi “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri” “Elm” nəşriyyatında çapdan çıxıb.
Kitab Prezident İlham Əliyevin “Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 19 noyabr tarixli sərəncamına uyğun olaraq nəşr edilib.
Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə nəşr edilən kitabda XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri olan Ceyhun Hacıbəylinin (1891-1962) mühacirət illərində qələmə aldığı bədii-publisistik əsərlər və elmi araşdırmalar yer alıb. Kitabın məsul redaktoru filologiya üzrə elmlər doktoru Nikpur Cabbarlı, tərtibçisi, “Ön söz” və qeydlərin müəllifi filologiya üzrə fəlsəfə doktoru Abid Tahirlidir.
Qeyd
edək ki, “Azərbaycan mühacirət ədəbiyyatı
kitabxanası” zəngin mühacirət irsimizin
təqdimi və təbliği baxımından Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutunun
atdığı mühüm
addımlardan biridir.
Mədəniyyət.- 2018.- 12
yanvar.- S.13.