Bakıdan Orta Asiyaya yayılan zərif səs

 

 

   Görkəmli xanəndə, Əməkdar artist Cahan Talışinskayadan söz düşəndə onun məlahətli səsi, yüksək ifaçılıq mədəniyyəti, bir keşməkeşli həyat yolu xatirələrdə canlanır.

   Cahan Mir Rzaxan qızı Talışinskaya 9 fevral 1909-cu ildə Lənkəran şəhərində anadan olub. 1918-ci ildə valideynləri Bakıya köçür. Erkən çağlardan fəallığı fərasətliliyi ilə diqqət çəkən Cahan orta təhsilini başa vurduqdan sonra Qızlar seminariyasına daxil olur. Eyni zamanda musiqi ilə maraqlanır, piano tarda ifa etməyi öyrənir. Əli Bayramov adına klubun nəzdində yaradılan bədii özfəaliyyət dərnəyinə üzv olur. 1927-ci ildə Bakı şəhər radio şəbəkəsində işə düzəlir.

   Cahan xanım 1934-cü ildə Azərbaycan Dövlət Filarmoniyasının solisti olur. Maraqlı konsert proqramı ilə silsilə çıxışlar edir. Az vaxt ərzində xalq mahnı muğamlarının gözəl ifaçısı kimi şöhrət tapır. Onun ifasındaŞahnaz”, “Segah”, “Bayatı-Şirazmuğamları, “Qarabağ şikəstəsidaim dinləyicilərin alqışları ilə müşayiət olunur. Lakin “Qatar” muğamı onun ifasında xüsusi yer tuturdu. Səsinin geniş diapazonu, virtuoz səs tembrinə malik olması texniki cəhətdən mürəkkəb olan bu muğamı onun ifasında daha gözəl edirdi.

   Araşdırmalarda bildirilir ki, 1930-cu ilin əvvəlində Əfqanıstan şahı Əmənulla xan Bakıya gəlir. Ali qonağın şərəfinə verilən ziyafətdə konsert proqramı təqdim olunur. Konsertdə Cahan Talışinskaya da çıxış edir. Konsertdən sonra şahın xanımı minnətdarlıq əlaməti kimi qızıl qol saatını müğənniyə bağışlayır. Ertəsi gün Cahan xanım Azərbaycan Xalq Daxili İşlər Komissarlığına (NKVD) çağırılır saatı birgünlüyə ondan alırlar. Səhəri gün saat qaytarılır. Saatın arxa tərəfindəCahan Talışinskayaya Əmənulla xandansözləri yazılmışdı.

   Xalq artisti Bəhram Mansurov xatirələrində Cahan xanımdan bəhs edərək yazır: “O, Cabbar Qaryağdı, Seyid Şuşinski, Xan Şuşinski, Həqiqət Rzayeva, Qurban Pirimov, Zülfü Adıgözəlov kimi görkəmli xanəndələr ilə bərabər konsert proqramlarında çıxış edirdi. Eyni zamanda o özünü istedadlı folklorçu kimi göstərirdi. Çox az adama məlumdur ki, “Qubanın alması”, “Uca dağlar”, “Dəli Ceyrankimi xalq mahnıları məhz ilk dəfə onun ifasında lentə yazılıb”.

   Tədqiqatlarda qeyd olunur ki, müğənni bu mahnıları Azərbaycanın rayonlarına etdiyi qastrol səfərlərində toplayıb. Bütün vasitələrdən istifadə edərək yeni melodiyaları yadda saxlayaraq onu dinləyicilərə olduğu kimi çatdırıb.

   C.Talışinskaya 1933-cü ildəŞərq musiqi ansamblı”nın tərkibində Moskva, Leninqrad (Sankt-Peterburq), Kiyev şəhərlərində qastrol səfərlərində olur. 1936-cı ildə Moskva Sankt-Peterburq şəhərlərinə qastrolları zamanı “Qatar” Segahmuğamları, “Uca dağlarYeni kəndmahnıları onun ifasında lentə alınır.

   1930-cu illər repressiyasının qara yelləri Cahan Talışinskayadan da yan keçmir. Bir gün ona NKVD ilə gizli əməkdaşlıq təklif olunur. Ancaq o, razılıq vermir. Məhz buna görə Cahan xanıma 1938-ci ildə Moskvada keçirilən ilk Azərbaycan incəsənəti ongünlüyündə iştirak etməyə icazə verilmir. Lakin sonra hansı səbəbdənsə yuxarıların onun haqqında fikri dəyişir. 1939-cu ildə estrada artistlərinin I Ümumittifaq müsabiqəsinə qatılır laureat olur. 1940-cı ildə ona Əməkdar artist fəxri adı verilir.

   Bütün bunlara baxmayaraq, qara kölgələr ondan əl çəkmir. 1942-ci ildə 14 yaşlı oğlu ilə birlikdə həbs olunaraqxalq düşməniadı altında Qazaxıstanın Petropavlovsk rayonuna sürgün edilir. Oradan Özbəkistana köçməsinə icazə verilir. Oğlu Nazimi Bakıya göndərir, özü isə Daşkənd filarmoniyasında solist ifaçı kimi işə düzəlir.

   Müğənninin Azərbaycana qayıtmasına bir təsadüfi hadisə kömək edir. SSRİ Xalq Komissarları Soveti nəzdində musiqi idarələrinin rəhbəri V.Surin 1943-cü ildə Daşkəndə gəlir. O, Ümumittifaq estrada artistlərinin müsabiqəsində tanıdığı Cahan xanımın Tiflis şəhərində incəsənət işləri üzrə idarədə çalışmasına təyinat verir.

   Beləliklə, Cahan xanım Tiflisdə Azərbaycan teatrının səhnəsinə qayıdır. Burada Leyli (“Leyli Məcnun”), Telli (“Arşın mal alan”), Əsli (“Əsli Kərəm”), Şahsənəm (“Aşıq Qərib”) rollarında çıxış edir. Lakin bir müddət sonra Azərbaycan NKVD-dən Tiflisə məktub göndərilir onun sürgün məsələsi qaldırılır. Musiqiçini bu dəfə əvvəllər Bakıda yaşamış Zaqafqaziya Hərbi Şurasının üzvü, SSRİ xalq deputatı Xavər Vəliyev xilas edir. Onun köməkliyi ilə Cahan xanım Tiflisdə qalır sonra Bakıya qayıdır. Musiqili Komediya Teatrının direktoru Şəmsi Bədəlbəyli onu teatra dəvət edir.Arşın mal alan”, “O olmasın, bu olsun”, "Gözün aydın”, “Durnaoperettalarında yaratdığı Telli, Sənəm, Nargilə, Lalə obrazları hədsiz dərəcədə parlaq maraqlı alınır.

   C.Talışinskaya oğlu ilə birlikdə 1949-cu ildə yenidən Daşkəndə sürgün edilir. Yalnız 1954-cü ildə, Stalinin ölümündən sonra onlara bəraət verilir. Ancaq Cahan xanım Daşkənddə qalır. Yaradıcılığının coşqun çağları olsa da, səhnəyə çıxmaqdan imtina edir.

   Görkəmli müğənni doğma vətənə qayıtmaq istəməsə , tale yazısından qaça bilmir. 1966-cı ildə Daşkənddə güclü zəlzələ olur onların da evi tamam dağılır. Bu hadisə onun Bakıya qayıtmasını zəruri edir. Cahan xanım bir il sonra, 1967-ci ildə dünyasını dəyişir.

   

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2018.- 12 yanvar.- S.15.