Arxeoloq alimin xatirəsinə
həsr olunan kitab
Tanınmış arxeoloq, Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) müxbir
üzvü İdeal Nərimanovun 90 illiyinə
həsr edilən kitab nəşr olunub. AMEA-nın
Arxeologiya və Etnoqrafiya İnstitutundan bildiriblər ki, “Qafqazın və Ön Asiyanın arxeologiyasının problemləri.
Neolit-son
tunc” kitabında azərbaycanlı və əcnəbi arxeoloqların
rus və ingilis dillərində elmi məqalələri toplanıb.
Neolit dövrü Şomutəpə
arxeoloji mədəniyyətini
və son xalkolit (son eneolit) dövrü Leylatəpə mədəniyyətini
kəşf etmiş İ.Nərimanov Qafqazın
və Ön Asiyanın məhz göstərilən dövr
abidələrinin tədqiqatları
ilə məşğul
olub. Onun Azərbaycanda arxeoloji
abidələrin aşkara
çıxarılması, geniş qazıntıların
aparılması, ümumiyyətlə,
respublikamızda arxeologiya
elminin inkişafında
müstəsna xidmətləri
olub. Kitabda alimin həyatı
və elmi fəaliyyətinə həsr
olunan yazılar da yer alıb.
Nəşrin redaktoru
Arxeologiya və Etnoqrafiya
İnstitutunun direktor müavini, tarix elmləri doktoru Nəcəf Müseyiblidir.
Mədəniyyət.- 2018.- 12
yanvar.- S.15.